/public/editor/kcfinder/upload/images/medicine_images/bony%20baby.jpg
Share this:

Bone baby


Tərkibi:

Hər 10 ml siropun tərkibində:

Kalsium sitrat                           300 mq

Maqnezium oksid                    150 mq

Sink qlükonat                               6 mq

D3 vitamini  (xolekalsiferol)     3.6 mkq

 

Farmakaloji təsiri:

Bone baby-nin tərkibinə daxil olan dörd maddənin birləşməsi kalsium və D3 çatışmamazlığını aradan qaldırır, kalsium mübadiləsini tənzimləyir, sümük toxumasının sıxlığını artırır, maqnezium və sinkə olan gündəlik tələbatı ödəyir. D vitamini kalsiumun utilizasiyası və absorbsiyası üçün zəruridir, osteoklatlarda DNT-nin sintezini sürətləndirir, sümük toxumasının rezorbsiyasını ləngidir. Kalsium dişlərin minerallaşması üçün vacibdir, orqanizmdə sinir keçiriciliyinin requlyasiyasında, əzələ yığılmalarında iştirak edir, qan laxtalanma sisteminin komponentlərinə aiddir. İnsulin sintezində və immun sistemin cavab reaksiyasında iştirak edir.

Bone baby sümük toxumasının minerallaşmasını və sınıqların tez bərpa olunmasını sürətləndirir, sümüklərin, dişlərin, əzələ və sinirlərin normal funksiyasını təmin edir.

 

Göstərişləri:

  • Raxit xəstəliyinin profilaktikası və müalicəsi;
  • Ca çatışmamazlığı zamanı;
  • Uşaqlarda sürətli inkişaf dövründə;
  • Sınıq və çıxıqların profilaktikası və müalicəsi;
  • Sümük skletinin formalaşması zamanı funksional pozğunluqlarda
  • Allergik xəstəliklərin kompleks müalicəsi
  • Müxtəlif mənşəli dəri xəstəlikləri .

 

Əks göstərişlərı:

Hiperkalsemiya

 

Istifadəsi və dozalanması:

1 yaşa qədər: 2.5 ml - 2 dəfə

              1-2 yaş: 5 ml - 2 dəfə

            2 -3 yaş: 10 ml - 2dəfə

İstifadədən əvvəl flakon çalxalanmalıdır.

 

Buraxılış forması:

Sirop 150 ml

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.