/public/editor/kcfinder/upload/images/medicine_images/bliss%20baby.jpg
Share this:

Bliss baby


Tərkibi:

A vitamini

Şı yağı

Allantoin

Sink oksid

Pantenol

Heksamidin diizotiozonat

 

 

Farmakoloji təsiri:

A vitamini dəri hüceyrələrinə nüfuz edərək, zədələnmiş toxumaların sürətli bərpasına səbəb olur. Selikli qişaların yerli immunitetini artırır.

Şı yağı dərinin qoruyucu baryerini bərpa edərək, onu vitaminlərlə zənginləşdirir, qurumadan və qabıqlanmadan qoruyur.

Allantoin dəriyə ikili təsir göstərir: ölmüş hüceyrələri çıxarmaqla, buynuzvari təbəqəni yumşaldır və toxumaların regenerasiyasını stimullaşdırır.

Sink oksid qaşıntı və qızartını aparır, eyni zamanda həssas körpə dərisini bişməcədən qoruyur.

Pantenol dərini nəmləndirir, rahatladır və qoruyucu təbəqəsini yeniləyərək sağalma prosesini sürətləndirir.

Heksamidin diizotiozonat dəridə olan bakteriya və göbələkləri məhv edərək antiseptik təsir göstərir.

 

Göstərişləri:

  • Bişməcə önləyici;
  • Bezaltı bişməcələrin müalicəsi;
  • Dəridəki səpgilər;
  • Həşarat sancmaları;
  • Yüngül dərəcəlı yanıqlar.

 

İstifadə qaydası:

Hər dəfə körpənin altı dəyişdirilərkən su ilə yuyundurulub qurulandıqdan sonra bişməcə nahiyəsinə çəkilir.

 

Buraxılış forması:

Krem 50 ml

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.