/public/editor/kcfinder/upload/images/medicine_images/babyxol.jpg
Share this:

Babyxol


Tərkibi:

100 ml siropun tərkibində:

Tikanlı ənginarın (Cynara scolymus) quru ekstraktı - 20 q

 

Farmakoloji təsiri:

Babyxol bitki mənşəli preparat olub, tərkibinə daxil olan kompleks bioloji aktiv maddələr (inarin və fenol turşuları) sayəsində ödqovucu, hepatoprotektor, həmçinin, diuretik təsirə malikdir. Askorbin turşusu, karotin, B1, B2 vitaminləri və inulin orqanizmdə metabolik prosesləri normallaşdırır. Preparat xolesterin və lipid mübadiləsini normallaşdırır və qan zərdabında sidik cövhərinin səviyyəsini azaldır. Dezintoksikasion təsir göstərərək alkaloidlərin, ağır metal duzlarının və nitratların orqanizmdən çıxmasını təmin edir.

 

Göstərişləri:

  • Öd cıxarıcı yolların hipokinetik tipli diskineziyaları;
  • Xroniki qeyri-kalkulyoz xolesistitlər;
  • Xroniki hepatitlər;
  • Qaraciyər sirrozu;
  • Xroniki nefrit və pielonefrit;
  • Dispepsiya;
  • Lyamblioz;
  • Böyrək çatışmazlığının kompleks müalicəsi.

 

Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, öd daşı xəstəliyi, xroniki böyrək çatışmazlığı, qaraciyər, böyrək, öd və sidik çıxarıcı yolların kəskin xəstəlikləri.

 

Əlavə təsirləri:

Allergik reaksiya, ishal

 

Qəbul qaydası:

0 - 1 yaş: 0,3-0,5ml 1 çay qaşığı suda həll edilərək gündə 3 dəfə 20 dəq yeməkdən əvvəl qəbul edilir.

1 - 5 yaş: 0,5-1ml 1 xörək qaşığı suda həll edilərək gündə 3 dəfə  20 dəq yeməkdən əvvəl qəbul edilir.

6 -12 yaş: 2-3 ml 1 xörək qaşığı suda həll edilərək gündə 3 dəfə 20 dəq yeməkdən əvvəl qəbul edilir.

12 yaş və böyüklərdə: 5 ml gündə 3 dəfə 20 dəq yeməkdən əvvəl qəbul edilir.

 

Buraxılış forması:

Sirop 100ml

 

İstehsalçı: VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.