/public/editor/elFinder/php/../files/images/medicine_images/astera2.jpg
Share this:

Astera


Astera

 

 

Tərkibi:

Ənginar ekstraktı           300 mq

Alfa-lipoy turşusu           50 mq

Reyşi ekstraktı               5mq

Şiitake ekstraktı             10mq

Selen                             50 mkq

E vitamini                       100 BV

 

Farmakoloji qrupu: 
Hepatoprotektor, hipoxolesterinemik, dezintoksikant, hipoazotemik, ödqovucu.

ASTERA – hepatoprotektor qrupuna aid olan preparatdır, qaraciyəri zədələyən faktorların təsirindən qoruyur və dözümlülüyünü artırır.

Ənginar qaraciyər və öd kisəsinin spesifik protektorudur. Eyni zamanda qan plazmasında sidik turşusunun miqdarını azaldır. Preparat hepatositlərdə koenzimin sintezini aktivləşdirərək lipid və xolesterin mübadiləsi yaxşılaşır, həmçinin, keton cisimlərinin metabolizmini sürətləndirir. Ənginarın yarpaqlarının tərkibinə sinarin, kofein, xlorogen, fenol turşuları, bioflavinoidlər, qlikozidlər, fitosteroidlər, terpenoidlər, karotin, vitaminlər, inulin, fermentlər bioloji aktiv maddələr daxildir. Sinarin əsasən xoleritik təsiri sayəsində fenol turşular ilə birgə ödqovocu təsir göstərir, həmçinin öd turşusu duzlarının sekresiyasını gücləndirir, ödçıxarıcı yollarda öd durğunluğunun qarşısını alır, pankreas fermentlərinin sekresiyasını gücləndirir.

Essensial fosfolipidlər  - soya paxlalarından alınan fosfolpidlərdir. Tərkibi 76% (3-sn-fosfatidilxolin  (sinonim - "essensial fosfolipidləri, ERL"). Fosfolopidlər, doymayan yağlı turşular və bir sıra vitaminlərdən ibarətdir. Essensial fosfolipidləri hepatositlərin membran tamlığını bərpa edir,onların elastikliyini və möhkəmliyini artıraraq funksiyasını yaxşılaşdırır. Hüceyrə metabolizmini normallaşdırır.

Alfa -lipoy turşusu (tiokt turşusu) qaraciyərdə oksidləşmə əleyhinə təsir göstərir, lipid və karbohidrat mübadiləsini nizamlayır, xroniki hepatitdə, sirrozda, şəkər xəstəliyi zamanı, neyropatiyada istifadə edilir.

Reyşi ekstraktı  (Ganoderma lucidum) - Çin və Yaponyada tibbdə istifadə edilən ən qədim göbələk növüdür. 2000 ildən çoxdur istifadə edilir. Reişi ekstraktı xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır. Toksinləri orqanizmdən xaric edir. Reişi Yaponcadan tərcümədə “ölümsüzlük” anlamına gelir.

Şiitake ekstraktı (Lentinula edodes) – göbələk növüdür, tərkibində B1, B2, B12 və D vitaminləri

var. Orqanizmin müqavimıtini artırır, anti-bakterial və anti –virus effektləri var.

Selen - Bu günki elmi məlumatlar təsdiq edir ki, Selen insan orqanizmində çox vacib funksiyaların həyata keçirilməsində əsaslı rol oynayan bir elementdir.

Xolin – lipid mübadiləsini normallaşdirir, qara ciyərin funksiyasını stabilləşdirir, qaraciyəri dərman, qida və alkoqolun zərərli təsirindən qoruyur. Öd kisədə daşların yaranmasının qarşısını alır

 

Göstərişləri:

  • Kəskin və xroniki hepatitlər;
  • Qaraciyər çatışmazlığı;
  • Qaraciyər sirrozu;
  • Qaraciyərin piy distrofiyası (həmçinin, şəkərli diabet mənşəli);
  • Qaraciyərin toksiki zədələnməsi, həmçinin, alkoqol və dərman mənşəli zədələnmələri;
  • Somatik xəstəliklər zamanı qara ciyərin funksional pozğunluqları;
  • Hamiləlik toksikozları;
  • Psoriaz (kombinə olunmuş terapiyada);
  • Radiasion sindrom.

 

 Qəbul qaydası:

1 kapsula gündə 3 dəfə yeməkdən sonra və yaxud yemək zamanı

 

Buraxılış forması:

Kapsul N30

 

İstehsalçı: VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.