/public/editor/kcfinder/upload/images/medicine_images/arteast%20tab.jpg
Share this:

Arteasy tablet


 

Tərkibi:

Qlükozamin sulfat 2 KCl              500  mq

Xondroitin sulfat                            100 mq

Bosveliya                                        50 mq

Manqan                                        4,10 mq

C vitamini                                       10 mq       

Kollagen Peptid                              40 mq

MSM                                               50 mq

 

Farmakoloji təsiri:

Arteasy - oynaqların və bütün dayaq-hərəkət sisteminin keyfiyyətli qidalanması üçün vacib olan kombinə olunmuş preparatdır.

Qığırdaq toxumasının tamlığının bərpasına kömək edir.

Qlükozamin sulfat - oynaq qığırdağının təbii komponentidir. Kimyəvi quruluşuna görə aminoşəkərdir. Qığırdaq toxumasının iltihabi və degenerativ

dəyişikliklərində qlükozaminin biosintezi pozulur və belə hallarda yalnız ekzogen daxil olan qlükozamin endogen çatışmazlığı bərpa edir, proteoqlikanların sintezini stimulə edir, oynaq qığırdağının trofikasını yaxşılaşdırır.

Xondroitin sulfat - yüksəkmolekullu polisaxariddir. Birləşdirici toxumanın kompressiyasının qarşısını alır, oynaqdaxili mayenin istehsalını, zədələnmiş oynaqların hərəkətliliyini artırır. Oynaqlardakı hərəkət və hərəkətsizlik zamanı ağrını, iltihabın kəskinliyini, QSİV-ə ehtiyacı azaldır.

Bosveliya (Boswellia serrata) - Hindistanın dağ rayonlarında bitən, qədimdən ayurvedik təbabətdə istifadə olunan və özünün iltihabəleyhinə təsirinə görə hindlilər tərəfindən «iıtihaba qarşı pəhləvan» adlandırılmış burzerlilər (Burseraceae) fəsiləsindən olan bəstə boy ağaclar nəslidir. Bosveliya - artrit zamanı olduqca önəmli olan oynaqların qan dövranını yaxşılaşdırır, damarların tamlığını bərpa edir.

Manqan - hüceyrələrin «müdafiəçisidir». Sümük xəstəliklərinin müalicəsində manqan kalsium qədər əhəmiyyətlidir. Onsuz sümük qığırdaqlarının artımı və bərpası mümkün deyil. O, qlükozaminin vacib hissəsini təşkil edir.

C vitamini kollagenin normal formalaşması dəstəkləyir.

Kurkumin (Curcumin) Curcuma longa - bitkisinin qurudulmuş kök və kökümsovlarından əldə edilən standartlaşmış ekstraktdır. Kurkumin C3 kompleksi tərkibində 95 % Kurkuminoid saxlayır. Kurkumin C3 kompleksi patentli və kliniki olaraq təsdiqlənmiş. Kurkumin NFkB aktivliyini ve dolayısıyla da iltihabın təzahürlərini aradan qaldırmağa kömək edir. Kurkuminoidlər SOQ-1 ve SOQ-2 (siklooksigenaza) və 5-Lipooxigenaza iltihab fermentlərini inhibə etməklə iltihab və ağrını azaldır. Kurkumin C3 kompleksinin artritin müalicəsində effektli olduğu kliniki olaraq sübut olunmuşdur.

Kollagen peptid və ya II tip kollagen - canlı hüceyrələrdə, xüsusilə də ekstrasellülyar matriksdə mövcud olan fibroz zülaldır. Kollagen peptid tərkibində aminoturşular (qlisin, prolin ve hidroksiprolin) saxlayır və fibroz toxuma yaranmasında önəmli rol oynayır. Qeyd olunur ki, kollagen peptid oynaqlarda elastikliyi və hərəkətliliyi artırır, ağrını azaldır.

MSM – kükürdün təbii mənbəyidir. Proteinin sintezində, hormonların və enzimlərin əmələ gəlməsində, toxumaların böyüməsində mühüm rol oynayır.

 

Göstərişləri:

  • Oynaq və onurğanın degenerativ-distrofik xəstəlikləri: Ilkin artroz, fəqərəarası osteoxondroz, osteoartroz, osteoporoz;
  • Sümük sınıqları (sümük döyənəyinin əmələ gəlməsini sürətləndirmək məqsədi ilə);
  • Yaşlı insanlarda və idmançılarda profilaktik məqsədlə.

 

Dozalanma və qəbul qaydası:

1 tab gündə 1 - 2 dəfə

 

Buraxılış forması:

Tablet №30

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.