/public/editor/kcfinder/upload/images/medicine_images/Arteasy.jpg
Share this:

Arteasy cream


Arteasy cream

 

Tərkibi:

Hər bir 100 ml tyubikin tərkibində:

Qlükozamin Sulfat 2KCL

6,25 q

Xondroitin Sulfat Na

0,94 q

Kollagen peptid və ya II tip kollagen

1 q

MSM (metilsulfonilmetan)

2 q

Razyana yağı

0,75 q

Evkalipt yağı

0,75 q

Qərənfil yağı

0,15 q

Zəncəfil yağı

0,56 q

Lavanda yağı

1,5 q

Mentol yağı

2,25 q

 

Farmakoloji təsiri:

Qlükozamin sulfat – kimyəvi quruluşuna görə aminoşəkərdir. Oynaq qığırdağı, bağ və vətərlərinin, həmçinin digər birləşdirici toxumaların təbii struktur komponentidir. Oynaq qığırdaq toxuması üçün zəruri olan glükoaminqlikanların əsas tikinti materialıdır.

Xondroitin sulfat - yüksəkmolekullu polisaxariddir. Birləşdirici toxumanın kompressiyasının qarşısını alır,  oynaqdaxili mayenin istehsalını, zədələnmiş oynaqların hərəkətliliyini artırır.

Kollagen peptid və ya II tip kollagen - canlı hüceyrələrin ekstrasellülyar matriksində mövcud olan fibroz zülaldır. Tərkibində aminturşular (qlisin, prolin ve hidroksiprolin) vardır, fibroz toxuma yaranmasında önəmli rol oynayır. Qeyd olunur ki, kollagen peptid oynaqlarda elastikliyi və hərəkətliliyi artırır, ağrını azaldır.

MSM (Metilsufonilmetan) – kükürdün təbii mənbəyidir. Oynaq qığırdağı, sümük toxuması formalaşmasında və kollagen sintezində mühüm rol oynayır. MSM maddəsi oynaq, əzələ və vətər ağrılarının azalmasına yardım edir.

Razyana yağı – iltihabəleyhinə, ağrıkəsici xüsusiyyətinə malikdir. Revmatizm xəstəliyinin müalicəsi zamanı yerli istifadəsi faydalıdır.  

Evkalipt yağı antiseptik, iltihabəleyhinə təsirə malik güclü fitonsid vasitədir.

Qərənfil yağı - olduqca yüksək miqdarda evgenol maddəsi ilə zəngindır və  bu maddə sayəsində yüngül analgetik (ağrı kəsici) xüsusiyyətlərə malikdir.

Zəncəfil yağı – revmatizmdə, oynaq və əzələ ağrılarında, qan dövranının zəif olduğu nahiyələrdə effektiv  olduğundan istifadə edilməsi tövsiyə edilir.

Lavanda yağı – lyumbaqo, artrit və miozitlər zamanı yerli ağrıkəsici vasitə kimi istifadə olunur. 

Mentol yağı yerli qıcıqlandırıcı və iltihabəleyhinə təsir göstərir, ağrıları aradan qaldırır.

 

Göstərişləri:                         

  • Oynaq, əzələ və boyun ağrıları;
  • Oynaq və qığırdaq toxumasının degenerativ-distrofik xəstəlikləri: osteoartroz, osteoxondroz, artrit;
  • Lyumbaqo, miozit, fərqli növ revmatik ağrılar;
  • Sınıq və travmadan sonra bərpa dövründə.

Dozalanması və istifadə qaydası:

Gərəkli nahiyəyə gündə bir neçə dəfə dairəvi hərəkətlərlə sürtülür.

 

Buraxılış forması:

Krem 50 ml

 

İstehsalçı: VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.