/public/editor/kcfinder/upload/images/medicine_images/Appetite%20plus.jpg
Share this:

Appetite plus


 

Tərkibi:

Hər 5 ml siropda:

Foeniculum vulgare              25mg

Embelia ribes                        25mq

Cyperus rotundus                 20 mq

Cuminum cyminum              20 mq

Piper longum                        20 mq

Trachyspermum ammi         20 mq

 

 

Farmakoloji  təsiri:

Foeniculum vulgare (Şüyüd ekstraktı)  əsasən spazmolitik və vetrogen təsirə malikdir, həzm vəzilərinin sekretor aktivliyini artıraraq həzmi asanlaşdırır. Adətən şüyüd ekstraktı mədə-bağırsaq traktı xəstəlikləri zamanı meteorizm, spazm, bağırsaq sancıları və spastik kolitlərdə istifadə olunur. Eləcə də öd daşaları, böyrək  daşaları xəstəliklərində effektlidir.

Embelia ribes (Yalançı qara bibər ekstraktı) onun kökləri və qabığı embelin, tanin, alkaloid, yağ komponentləri, efir yağlarıdan ibarətdir. Ayurvedik təbabətdə bu bitkinin güclü qurdqovucu təsiri olduğu qeyd edilir. Maddələr mübadiləsini yaxşılaşdıraraq, mədənin fəaliyyətini stimullaşdırır, sancılarda vetroqon təsirə malikdir. Həmçinin, antiseptik, antibakterial, bürüyücü, tonuslandırıcı, sakitləşdirici, qurdəlehinə təsirlərə malikdir.

Cyperus rotundus (Nagarmotha) həzmin effektiv stimulyatorlarından biridir. Bağırsaqlarda sorulmanı yaxşılaşdıran və vetroqon xüsusiyyətə malikdir, ishalı aradan götürür. Müəyyən olunub ki, cyperus rotundus bağırsaqdakı parazitlərə və göbələklərə məhvedici təsir edir. Qızdırmasalıcı, sidikqovucu və qurd invaziyalarına öldürücü təsir göstərir.

Cuminum cyminum (Hill ekstraktı) vetroqon, ətirli, qarın sancisi əleyhinə, köpəleyhinə, ödqovucu, bürüyücü təsirə malikdir. Iştahsızlıq, diareya və dispepsiyalarda istifadə olunur. Cuminum cyminum tərkibində timol olduğu üçün, helmintəleyhinə  təsir göstərir. Həmçinin tonuslandırıcı,iltihabəlehinə təsir göstərir.

Piper longum (Uzun bibər ekstraktı) həzmi yaxşılaşdıran ,mədə şirəsinin ifrazını artıran, köpəleyhinə, spazməleyhinə güclü təsirə malikdir. Qaraciyər və dalaqdan radikalları xaric edərək, ürəkbulanmanı aradan qaldırır.

Trachyspermum ammi (Yepiskop alağının ekstraktı) bitkinin meyvələrinin efir yağlarından alınan timol güclü qurdəleyhinə təsir göstərir. Köp, iştahasızlıq, diareya və digər simptomları aradan götürür. Bu tərkib əsasən antifungal, antioksidant, mukrobəleyhinə,antiseptik, diuretik, bronxodilatasion, hipolipidemik, sitotoksik, spazmolitik təsirə malikdir.

 

Göstərişləri:

  • Anoreksiya, iştahanın azalması;
  • Fiziki inkişafdan geri qalma, boy artımı üçün;
  • Müxtəlif mənşəli immundefisit vəziyyətlər;
  • Mədə - bağırsaq traktının funksional pozğunluqları;
  • Keçirilən xəstəliklərdən sonra möhkəmləndirici vasitə kimi.

 

Dozalanması:

Yeməkdən 20 dəqiqə əvvəl qəbul olunur

         Uşaqlarda: 6 ay-1 yaş: 1,25 ml - 2 dəfə

                                  1-2 yaş : 2.5 ml - 2 dəfə

            2 yaşdan yuxarı uşaqlar: 5ml - 3 dəfə

         Böyüklərdə:    10 ml - 3 dəfə.

 

Buraxılış forması:

Flakon 150 ml.

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.