Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 600 mq alfa-lipoy turşusu vardır.
Farmakoterapevtik qrupu
Həzm sisteminə və metabolik proseslərə təsir göstərən vasitələr.
Farmakoloji xüsusiyyətləri
Alfa-lipoy turşusu həzm sisteminə və metabolik proseslərə təsir göstərən dərman vasitələrinə aiddir. Alfa-lipoy turşusu orqanizmdə maddələr mübadiləsi prosesində yaranan birləşmədir və orqanizmin müəyyən metabolik proseslərinə təsir göstərir. Həmçinin, sinir hüceyrələrini zərərli parçalanma məhsullarının təsirindən qoruyur (antioksidant xüsusiyyətləri).
İstifadəsinə göstərişlər
Diabet zamanı diabetik neyropatiya adlanan, periferik sinirlərin zədələnməsi səbəbindən ətraflarda meydana gələn ağrı, həssaslığın itməsi, zəiflik kimi simptomların müalicəsi.
Əks göstərişlər
Alfa-lipoy turşusuna və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
18 yaşa qədər uşaqlar və yeniyetmələr.
İstifadə qaydası və dozası
Həkim tərəfindən başqa göstəriş verilmədikdə, səhər yeməyindən 30 dəqiqə əvvəl gündə bir tablet qəbul edilməlidir.
Preparatın qəbulu
Alfasart çeynənmədən və acqarına maye ilə qəbul olunur.
Eyni zamanda qidanın qəbulu alfa-lipoy turşusunun mənimsənilməsini azalda bilər. Bu səbəbdən tabletlər səhər yeməyindən yarım saat əvvəl qəbul olunmalıdır, xüsusən mədənin uzunmüddətli boşalması problemləri olan pasiyentlərdə.
Diabetik neyropatiyanın xroniki xəstəlik olduğuna görə, Alfasart ömür boyu qəbul edilə bilər. Həkim, pasiyentin vəziyyətindən asılı olaraq preparatı təyin etməlidir.
Müxtəlif yaş qrupları
Uşaqlar: uşaqlarda və yeniyetmələrdə Alfasart istifadəsi ilə heç bir klinik təcrübə yoxdur.
Bu səbəbdən preparat uşaqlarda və 10-19 yaşlı pasiyentlərdə (yeniyetmələr) istifadə edilməməlidir.
Yaşlılar: yaşlı pasiyentlərdə (> 65 yaş) xüsusi tədqiqat aparılmayıb.
Böyrək və ya qaraciyər çatışmazlığı olan pasiyentlər
Böyrək və ya qaraciyər çatışmazlığı olan pasiyentlər üçün heç bir doza tənzimlənməsi tələb olunmur.
Buraxılış forması
№30 tablet, alüminium blisterdə.
İstehsalçı
İlko İlaç Sanayi ve Ticaret A.Ş.
Qeydiyyat seriyası: