/public/editor/kcfinder/upload/images/medicine_images/insomnis.jpg
Share this:

İnsomnis


İnsomnis    

 

Tərkibi:

Hər  17 damcıda ( 0.5 ml):

Passiflora incarnata  30 mq

Melissa oficinalis       12.5 mq

Valeriana  rhizomata  8.5 mq

Maqnezium laktat       5.94 mq

Vitamin B6                    0,07 mq

Köməkçi maddələr: sorbitol, natrium-benzoat, su, spirt(az miqdarda)

 

Farmokoloji təsiri:

İnsomnis təbii mənşəli effektiv sakitləşdirici preparat olub, tərkibindəki bitkilərin optimal kombinasiyası, Mg elementinin və B6 vitaminin olması sayəsində yuxunu normallaşdırır, spazmolitik təsir göstərir. Gün ərzində yuxululuq yaratmadığı üçün fiziki və zehni aktivliliyi pozmur, əhvalı yaxşılaşdırır. Sosial adaptasiyanı artırır.

Passiflora - sakitləşdirici,yuxugətirici təsir göstərir və gərginliyi aradan qaldırır. Antispastik, qıcolma əleyhinə təsir göstərir.

Melissa – sakitləşdirici təsir göstərir, diqqəti artırır, antidepressiv aktivliyi var.

Sinir sistemini möhkəmləndirir. Zəif yuxugətirici effekti var.

Valerianae (Pişikotu) - sakitləşdirici, neyroprotektiv təsir göstərir. Yuxuya getməni asanlaşdırır və yuxunun davamlılığını uzadır.

Maqnezium lactate - bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib elementdir.

Maqnezium ionları neyronların oyanıqlıgını azaldır,sinir-əzələ  ötürücülüyünü

 tənzimləyir.

VitaminB6 - Maddələr mübadiləsində aktiv iştirak etməklə beyin toxumasında

metabolizmi yaxşılaşdırır,sinir sistemində neyromediatorların sintezini stimullaşdırır. Mg-mun mədə-bağırsaq sistemindən sorulmasını və

hüceyrə daxilinə keçməsini asanlaşdırır.

 

Göstərişləri:

Yüksək sinir oyanıqlığı ;

Yuxusuzluq;

Kəllədaxili  təzyiqin artması;

Nevroz;

Parasteziyalar;

Qorxu və həyacan hissi;

Baş ağrısı, miqren;

Mədə bağırsaq  spazmları;

Qıcolmalar.

 

Dozalanma:

0-6 ay –3-5 damcı gündə 2 dəfə

6-12 ay – 10 damcı 2 dəfə;

1-3 yaş – 20 damcı 2-3 dəfə;

3-7 yaş – 30 damcı 2-3 dəfə.

Az miqdarda su və ya meyvə şirəsində həll edib gəbul etmək lazımdır.

 

 Qəbul  forması:  peroral

 

Əks göstərişlər:

Preparatın hər hansı bir tərkibinə qarşı həssaslıq;

Hipermaqnezimiya;

Böyrək çatmamazlığı.

 

Buraxılış forması və həcmi:

30 ml flakon.

 

Yan təsirləri:

Nadir hallarda ürəkbulanma, qusma, yuxululuq, əzginlik müşahidə oluna bilər.

 

İstehsalçı:

VEFA İlaç San. və Tic. Ltd. Şti.

Beylikdüzü Organize Sanayi Bölgesi

Mermerciler Sanayi Sitesi 2. Cadde №3

Beylikdüzü/İstanbul

Azərbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.