/public/editor/kcfinder/upload/images/medicine_images/imutens.jpg
Share this:

İmutens PR


İmutens PR

 

Tərkibi:

Aktiv maddələr:

Miqdar/1 tab

Beta glükan

200 mq

İtburnu (Dərgil) ekstraktı

25 mq

C vitamini

50 mq

Sink

7,5 mq

Propolis

50 mq

 

Farmakoloji qrupu:

İmmunmodulyator

 

Farmakoloji təsiri:

İmutens PR preparatının tərkibində olan effektiv maddələr orqanizmin immun sisteminin möhkəmlənməsinə kömək edir. İmutens immuniteti aktivləşdirməyə və orqanizmi soyuqdəymədən və qripdən qorumağa kömək edən beş aktiv maddədən ibarətdir. İmutens PR preparatının tərkibindəki beta qlükan vələmir ekstraktından (Avena sativa extrakt) alınmış unikal komponentdir. Bu, orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artıran təbii maddədir.

İtburnu (Dərgil) ekstraktı fitonsid və güclü bakterisid təsirə malikdir. Tərkibində çox sayda antioksidant saxlayır. Ən əsası isə dəyərli polivitamin vasitədir.

Sink timusun fəaliyyəti və immun sisteminin normal vəziyyəti üçün həyati vacib mikroelementdir. O, antitellərin sintezini stimullaşdıraraq immundefisitin qarşısını alır.

C vitamini orqanizmdə iki əsas funksiyanı yerinə yetirir: immunitetin möhkəmlənməsi və psixikanın stabilləşməsi.

Propolis olduqca zəngin tərkibə malikdir. O, antiseptik, ağrıkəsici, yarasağaldıcı, antioksidant təsir göstərir, toxumaların bərpasını və orqanizmin müdafiə reaksiyalarını stimullaşdırır.

 

Göstərişləri:

İmmun sistemin möhkəmləndirilməsinə ehtiyac olan vəziyyətlər:

  • Virus, bakteriya, göbələk və parazitar mənşəli infeksion xəstəliklər;
  • Stress;
  • Xroniki yorğunluq sindromu;
  • Hamilələrin virus infeksiyaları;
  • Cərrahi əməliyyatdan sonrakı bərpa dövrü;
  • Vərəm xəstəliyi;
  • ASLP xolesterin və triqliseridlərin azalması zamanı;
  • Kimya terapiyası və radioterapiya zamanı, əvvəl, həmçinin sonra saxlayıcı effektə çatmaq üçün;
  • Yüksək şüalanma zamanı ( uzaq uçuşlar, rentgen, mammoqrafiya, ultrayüksək tezlikli şüalanma, mobil telefon və s.);
  • Diabet xəstəliyi.

 

Qəbul qaydası və dozalanması:

Gündə 1-2 tablet yemək qəbulundan asılı olmayaraq bol maye ilə.

 

Buraxılış forması:

Tablet №30.

 

İstehsalçı: VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.