/public/editor/kcfinder/upload/images/medicine_images/izinos.jpg
Share this:

İzinos


Tərkibi:

20 ml hipertonik dəniz suyu, saf su q.s. 100 ml. Osmotik təzyiqi 21,2‰  NaCl məhluluna uyğundur. Tərkibində konservant və itələyici qaz yoxdur.

 

Farmakoloji təsiri:

Burun selikli qişası nəfəs alınan havanın təmizlənməsinə və nəmləndirilməsinə cavabdehdir. Belə ki, burunun selikli qişası burun boşluğuna daxil olan havanı mikroorqanizmlərdən və allergenlərdən təmizləyir, onu nəmləndirərək və isidərək burun-udlağa ötürür. Lakin xarici qıcıqlandırıcıların yaratdığı reaksiyalar nəticəsində burunun selikli qişası ödemləşir, şişir, onun ifrazatı artır və burunda tıxanma meydana gəlir. İzinos hipertonik okean suyu, burun spreyi burun dəliklərinə püskürtmə şəklində istifadə olunur. Burun selikli qişası mayesinin özlülüyünü (qatılığını) azaldır, reoloji xüsusiyyətlərini artırır, postnazal axıntıya səbəb olmadan burun tutqunluğunu aradan qaldırır, tıxacları yumşaldır. Hipertonik məhlul olması sayəsində bakteriya, virus və allergenlərin selikli qişaya adheziyasına mane olur, immunqlobulinlərin o cümlədən, makrofaqların və digər faqositar hüceyrələrin burun boşluğuna miqrasiyasını sürətləndirərək, yerli immuniteti artırır.  

 

Göstərişləri:

2 yaşdan böyük uşaqlarda və böyüklərdə müxtəlif burun və burunətrafı ciblərin, sinusların infeksion iltihabı, allergik rinitlər, sinusitlər, burun tutqunluğu, burun tıxaclarının aradan qaldırılması, burunun selikli qişasının nəmləndirilməsi.

 

İstifadə qaydası:

Uşaqlarda: gündə 2- 5 dəfə hər burun dəliyinə 1 və ya 2 püskürtmə

Böyüklərdə: gündə 4 - 8 dəfə hər burun dəliyinə 3 və ya 5 püskürtmə istifədə olunur.

İstifadədən əvvəl silkələnməli.

 

Əlavə təsirləri:

Əlavə təsirləri qeydə alınmayıb.

 

Xəbərdarlıq:

Əgər istifadə etdiyiniz digər bir dərman varsa,birgə istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Həkiminizin uyğun gördüyü şərtlərlə istifadə edin.

Gözlənilməyən bir təsir görüldüyündə həkiminizə məlumat verin.

Uşaqların əli çatmadığı yerdə, otaq temperaturda saxlayın.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin.

Yalnız apteklərdə satılır.

 

İstehsalçı: VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.