/public/editor/elFinder/php/../files/images/medicine_images/ixim.jpg
Share this:

İxim


 

Tərkibi:

1 tabletin tərkibində 400 mq Sefiksim vardır

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamika

İxime 3-cü nəsil sefalosporin antibiotikidir.Geniş spektrli antimikrob təsirə malikdir.Hüceyrə divarının sintezini inhibə etməklə bakterisid təsir göstərir.

Beta-laktamazaya qarşı davamlıdır.

Bir çox qram-müsbət və qram-mənfi mikroblara qarşı aktivdir.

 

Qram (+)lər: Staphylococcus aureus,Staphylococcus epidermidis,Streptococcus pneumoniae, Streptococcus agalactiae, Streptococcus viridans, Streptococcus pyogenes, Streptococcus bovis

 

Qram (-)lər: Enterobacter aerogenes, Enterobacter cloacae, Escherichia coli,Acinetobacter   calcoaceticus,   Haemophilus   influenzae,       Haemophilus   parainfluenza, Klebsiella  oxytoca,  Klebsiella  pneumoniae,  Morganella  morganii,  Neisseria  meningitidis, Neisseria gonorrhoeae, Proteus mirabilis. Proteus vulgaris, Serratia marcescens, Citrobacter spp., Salmonella spp., Providencia spp., Shigella spp., Serratia spp.,Treponema pallidum.

 

Anaeroblar: Bacteroides fragilis, Clostridium spp., Peptostreptococcus species, Peptococcus spp., Bacteroides bivius, Bacteroides melaninogenicus. Enterococci,Pseudomonas,Bacteroides fragilis,Listeria monocytogenes və Clostridia ştammalarına qarşı qeyri-aktivdir.

 

Farmakokinetika

Peroral qəbuldan sonra preparat tez və tam sorulur.Qida ilə birgə qəbulu preparatın absorbsiyasına təsir etmir.Qanda maksimal konsentrasiyaya 3-4 saatdan sonra çatır.Iksimin 65%-i qan plazmasında zülallarla birləçir,50% dəyişilməmiş şəkildə sidiklə və 10%-i ödlə xaric olur.Yarımparçalanma dövrü (T1/2) 3-4 saata bərabərdir.Böyrəklərin funksional pozulmaları zamanı böyrək kreatinin klirensi 20-40 ml/dəq çatır

 

İstifadəsinə göstərişlər

Sefiksimə həssas olan mikroorqanizmlərin törətdiyi infeksion-iltihabi xəstəliklər,həmçinin,faringit,tonzillit,sinusit,kəskin və xroniki bronxit,orta otit,sidik yollarının fəsadlaşmamış infeksiyaları,sidik kanalının və uşaqlıq boynunun fəsadlaşmamış süzənəyi.

 

Əks göstərişlər

Sefalosporinlərə qarşı yüksək həssaslıq

 

Ehtiyat tədbirləri

Böyrək funksiyasının çatışmazlığında KK (kreatinin klirensi) miqdarından asılı olaraq dozalanmanın korreksiyası tələb olunur.Digər preparatlara.xüsusilə penisillinlərə qarşı həssaslığı olan şəxslərə ehtiyatla təyin olunmalıdır.

Preparatla müalicə zamanıgözlənilməyən hallar müşahidə olunarsa.həkimə müraciət olunmalıdır.

 

Istifadə qaydası və dozalanma

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündəlik doza – 400 mq (1 tablet),birdəfəlik doza – 200-400 mq (0,5-1 tablet)

12 yaşa qədər uşaqlar: sutkalıq doza – 8 mq/kq,birdəfəlik doza – 4-8 mq/kq.

 

Əlavə təsir

Diareya,qarında ağrı,ürəkbulanma.qusma,qaraciyər fermentlərinin keçici artması,başağrısı,başgicəllənmə,dəri səpkilkəri,övrə,genital qaşınma,vaginit,nadir hallarda psevdomembranoz kolit baş verə bilər.

 

Buraxılış forması

İxime 5 tablet,blisterdə. 1 blister içlik vərəqə ilə birlıikdə karton qutuya qablaşıdırılır

 

Istehsalçı:

İlko İlaç, Türkiyə

 

Qeydiyyat vesiqəsi: № 17-00110 27.02.2017