Haqqımızda

 

“Paşa-K”firması hüquqi  şəxs  kimi 08 fevral 1996-cı il tarixində təsis edilərək, Ədliyyə  Nazirliyində qeydiyyatdan  keçmişdir. Firma 20 ildir ki, əczaçılıq mallarının topdan və pərakəndə satışı ilə məşğuldur.

Firma  dərman  preparatlarının  və  sarğı  materiallarının  topdan  satışını  həyata keçirmək məqsədi ilə Səhiyyə  Nazirliyindən  20.10.2015-ci  il tarixdə 086503 saylı lisenziya almışdır. Eyni zamanda dərman preparatlarının  və  sarğı  materiallarının  pərakəndə  satışını  həyata  keçirmək  üçün firmaya müxtəlif vaxtlarda Azərbaycan RespublikasıSəhiyyə Nazirliyi tərəfindən 12 ədəd lisenziya verilmışdır. Firma həmin lisenziyalar əsasında Bakı, Sumqayıt, Mingəçevir, Xırdalan, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Qəbələ və Astara şəhərlərində dərman preparatlarının və sarğı materiallarının  pərakəndə satışını həyata keçirir.

Firma dərman və sarğı materiallarının saxlanılması üçün müasir tələblərə cavab verən, Avropa standartları səviyyəsində tikilmiş anbar binasına, vaksin və zərdabların saxlanılması üçün isə buz saxlayan  qablara və soyuducu  kameraya  malikdir. Anbar binası mərkəzi havalandırma və kondisioner sistemi ilə təchiz edilmişdir.

Firma yeni istifadəyə verilmiş, eyni təyinatlı firmalar arasında analoqu olmayan ofis binasınamalikdir. Ofis binası müasir tələblərə cavab verən elektrik  avadanlıqları, mərkəzi qızdırma, havalandırma və kondisioner sistemləri ilə təchiz olunmuşdur.Burada əməkdaşların məhsuldar çalışması üçün hər cür şərait yaradılmış, iş otaqları modern kompyuterlərlə təmin edilmiş, kompyuterlər sürətli internet şəbəkəsinə qoşulmuşdur. İşçilərimiz üçün müasir tipli yeməkxana, namaz otağı və idman zalı fəaliyyət göstərir.

Firma üzrə işçilərin sayı 247 nəfər təşkil edir ki, bunlardan da 115 nəfəri ali, 132nəfəri isə orta ixtisas və peşə təhsillidir.

Firma sifarişlərin alıcılara vaxtlı-vaxtında və keyfiyyətli çatdırılması üçün 41ədəd istismara tam yararlı olan nəqliyyat vasitələrinə malikdir ki,  bunların da  əksəriyyəti  furqon tipli  yük  maşınlarıdır.

 “Paşa-K” firması geniş beynəlxalq əlaqələrə malikdir. Belə ki, firmamız uzun illərdir ki, Almaniyanın “Sebapharma GmbH” (eyni zamanda  “Paşa-K” firması kosmetoloji məhsullar istehsalına görə Almaniyada lider istehsalçılardan biri olan “Sebapharma GmbH” şirkətinin Azərbaycanda rəsmi ekskluziv distribyutorudur), “Berlin Chemie”, “Pharma Zentrale”, İsveçrənin "Medial D&P" LTD, Sloveniyanın “Lek Pharmaceuticals”, “Sandoz D.D.”, Macarıstanın “EGİS Pharmaceuticals”, Rusiyanın “Farmsintez”, “Mosximpreparat im.Semaşko”, “Bukayev RU”,  “BiokadFarm”, “Europharma”,  İngiltərənin  “Zetel LLP”, Misirin “Amoun”,  Ukraynanın “Lekxim”,  “Omnifarma”,  İtaliyanın “Medibase SRL”,  Rumıniyanın “Biofarma S.A.”,  Ispaniyanin “Grupo Reig Jofre”, “J.Uriach Company”,  Polşanın “İBSS Biomed S.A.”, Argentinanın “Sumerian Trade”, Yunanıstanın “Aniva İnternational”, Türkiyənin “Vefa İlac”, “Vefarma İlac”, “Bilim İlac”, “Mersin İlac”, “Şahin Tibbi İlac”,  Belarusun “Borisovski zavod”,  Taylandın “Mega” və dünyanın digər tanınmış əczaçılıq şirkətləri ilə əməkdaşlıq edir. Eyni zamanda “Paşa-K” firması ölkə daxilində fəaliyyət göstərən, dərman preparatlarının topdan və pərakəndə satışı ilə məşğul olan firma və şirkətlərlə qarşılıqlı fəaliyyət göstərir.

Firmanın, dərman preparatlarının dövlət satınalması ilə əlaqədar  keçirilən açıq tenderlərdə çox böyük iştirak təcrübəsi vardır. Belə ki, firma ayrı-ayrı illərdə Respublika Səhiyyə Nazirliyinin,Gəncə Şəhər Səhiyyə idarəsinin, Mingəçevir, Göyçay, Bərdə, Saatlı, Laçın və Yardımlı Mərkəzi rayon Xəstəxanalarının, Sərhəd Qoşunlarının, Daxili Qoşunların Baş idarəsinin, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının keçirdiyi açıq tenderlərin qalibi olmuş və həmin müəssisələri vaxtlı-vaxtında və keyfiyyətli dərman preparatları ilə təmin etmişdir.

 “Paşa-K” firmasının əsas məqsədi Respublikamızda səhiyyə sisteminə daxil olan qurumların,  vətəndaşların zəruri, keyfiyyətli dərman preparatları ilə təmin etməkdən və nümunəvi xidmət göstərməklə müştəri məmnunluğunu qazanmaqdan ibarətdir. Firmanın qiymətli sərvəti isə bu məqsədə çatmaq yolunda bütün biliyini, bacarığını əsirgəməyən işgüzar kollektivdən ibarətdir.

Fəaliyyət devizimiz budur: Nümunəvi xidmət, ucuz qiymət, yüksək keyfiyyət!